“PHYSON AZ” MMC-NİN TƏQDİM ETDİYİ PORTALDAN İSTİFADƏ HÜQUQUNUN VERİLMƏSİNƏ DAİR OFERTA MÜQAVİLƏSİ

1. ÜMUMI MÜDDƏALAR
1.1 Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Abuşzadə İlyas Ziyafət oğlu, bundan sonra "Müəllif", on-line tədris sistemindən istifadə hüququnun verilməsinə dair Ümumi Oferta müqaviləsini dərc edir.
1.2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən bu sənəd ümumi oferta hesab edilir, və aşağıda qeyd edilən şərtlərin gəbul edildiyi təqdirdə, bu ofertanın akseptini həyata keçirən fiziki şəxs hazırki müqavilənin şərtlərinə əsasən Müəllifin on-line tədris sistemindən istifadə hüququnun verilməsinə görə ödəniş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.4 maddəsinə uyğun olaraq Müəllifin on-line tədris sistemindən istifadə hüququnun verilməsinə görə ödəniş ofertanın Aksepti hesab edilir, və bu ofertada qeyd edilən şərtlər ilə Müqavilə bağlanmış hesab olunur. Müəllif və fiziki şəxs arasında müqavilə elektron sənəd formasında bağlanılır.
1.3 Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ümumi ofertanın mətni ilə diqqətlə tanış olun, və əgər onun hər-hansı şərti ilə razı deyilsinizsə, Siz Müəllifin on-line tədris sistemindən istifadə hüququndan imtina edə bilərsiniz.
1.4 Bu ümumi ofertada qeyd edilən terminlərin açıqlaması aşağıdakı kimidir:

"Oferta" – Müəllifin, müqavilədə qeyd edilən şərtlər əsasında, ekpert sistemindən istifadə hüququnun verilməsi ilə bağlı, istənilən fiziki şəxsə ünvanlanmış müqavilə bağlamaq təklifidir, onun bütün əlavələri ilə birlikdə. (bundan sonra "Müqavilə").
"İstifadəçi" – Müqavilədə qeyd edilən şərtlər ilə Müəllif ilə Müqavilə bağlayan fiziki şəxs.
"Aksept" – İstifadəçi tərəfindən Müqavilə şərtlərinin tam və şərtsiz gəbulu.
" On-line tədris sistemi" — materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (qeydlərin, video-dərslərin, məsələlərin və başqa materialların) məcmusu.
" On-line tədris sistemindən istifadə hüququnun verilməsi" - Müəllifin saytında olan on-line tədris sistemindən istifadə hüququnun verilməsi.
"Toplu" - materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir.
"Müəllifin internet səhifəsi" – Müəllifin rəsmi internet-portalı - physon.az

2. MÜQAVİLƏNİN PREDMETİ
2.1 Müəllif özünün İnternet səhifəsində olan on-line tədris sistemindən istifadə hüququnu verir. İstifadə etmək hüququnun verilməsinə görə mükafat şəklində alınan ödəniş məbləğləri və ödənişlərə uyğun on-line tədris sistemindən istifadə hüququnun müddəti Müəllifin internet səhifəsində qeyd edilibdir.
2.2 İstifadəçi ödəniş edir və ödənişə uyğun müddətdə on-line tədris sistemindən istifadə hüququnu əldə edir.
2.3 Bu Müqavilə və ona olan əlavələr Müəllifin rəsmi sənədidir və Ofertanın tərkib hissəsidir. Bu Müqavilənin istifadə edilən nüsxəsi Müəllifin internet səhifəsində yerləşdirilibdir.

3. OFERTANIN AKSEPTİ VƏ ÖDƏNİŞİN EDİLMƏSİ
3.1 İstifadəçi Müəllifin on-line tədris sistemindən istifadə hüququnun əldə edilməsi üçün ödəniş edir və bu ödəniş ilə Ofertanın Aksepti baş verir. Müqavilə Müəllifin ona aksept aldığı andan bağlanmış hesab olunur.
3.2 On-line tədris sistemindən istifadə hüququnun ödənilməsi 100 %-lik ödənişlə bu Müqavilədə göstərilən qaydalara uyğun aparılmalıdır.
3.3 Ödənişin baş verməsi tarixi Müəllifin hesabına pul vəsaitlərinin daxil edilməsi hesab olunur.
3.4 On-line tədris sistemindən istifadə hüququnun ödənilməsi ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirilməlidir.
3.5 İstifadəçi Müəllifin hesabına ödəniş edərkən ödəniş kartının aid olduğu bank və elektron ödəniş sistemləri tərəfindən tutulan komissiya və köçürmə ilə bağlı olan xidmət haqqlarını özü ödəməlidir.
3.6 İstifadəçi etdiyi ödənişlərin doğruluğuna görə özü məsuliyyət daşıyır.
3.7 Bu Müqavilənin qüvvədə olma müddəti, İstifadəçinin seçdiyi dövr üçün "On-line ödəniş sistemindən" istifadələ etdiyi ödəmənin edilməsi və Müəllifin hesabına pul vəsaitlərinin daixil olması ilə avtomatik olaraq müəyyən edilir.
3.8 Bu Müqavilənin müddəti başa çatdıqdan sonra, İstifadəçinin on-line tədris sistemindən istifadə hüququ Müəllif tərəfindən dayandırıla bilər, və növbəti ödənişdən sonra on-line tədris sistemindən istifadə hüququ, növbəti ödəniş tarixindən İstifadəçi tərəfindən seçilən dörv üzrə yenidən verilə bilər.

4. ON-LİNE TƏDRİS SİSTEMİNDƏN İSTİFADƏ HÜQUQUNUN VERİLMƏSİ QAYDASI
4.1 İstifadəçi Müəllifin İnternet səhifəsində olan "On-line ödəniş sistemindən" istifadə edərək on-line tədris sistemindən İstifadə hüququnun verilməsi üçün ödəniş edir.
4.2 İstifadəçi tərəfindən edilən ödəniş müvəfəqiyyətlə başa çatdıqda İstifadəçiyə on-line tədris sistemindən istifadə hüququ avtomatik olaraq verilir.
4.3 Müəllif cari Müqavilənin qüvvədə olduğu müddətdə İstifadəçiyə on-line tədris sistemindən istifadə hüququ verir və müqavilənin vaxtı bitdikdə on-line tədris sistemindən istifadə hüququ dayandırılır.

5. TƏRƏFLƏRIN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ
5.1 Müəllifin öhdəlikləri:
5.1.1 Müəllif hazırki müqavilənin müvafiq bəndlərinə əsasən İstifadəçinin on-line tədris sisteminə daxil olmasını təmin edir.
5.2 Müəllif məsuliyyət daşımır:
5.2.1 İstifadəçi tərəfində internet şəbəkədə, kompüterdə və ya mobil cihazda baş vermiş nasasızlıqlara görə on-line tədris sisteminə İstifadəçi tərəfində girişin məhdudlaşdırılmasına;
5.2.2 Ödənişlər edilən zaman İstifadəçi tərəfindən edilən səhvlərə.
5.3 İstifadəçinin öhdəlikləri:
5.3.1 Hazırki Müqavilənin müvafiq bəndlərinə əsasən on-line tədris sistemindən istifadə hüququnun verilməsinə görə ödənişin edilməsi

6. KONFIDENSIALLIQ VƏ MƏLUMATLARIN QORUNMASI
6.1 İstifadəçinin fərdi məlumatları "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq işlənilir.
6.2 Müəllifin internet səhifəsində qeydiyyatdan keçdikdə İstifadəçi aşağıdakı məlumatları təqdim etməlidir: Adı, Soyadı, şagirdin sinfi, əlaqə nömrələri, elektron poçt ünvanı.
6.3 Müəllifə öz fərdi məlumatlarını təqdim etməklə İstifadəçi Müəllif tərəfindən bu fərdi məlumatları işləməyə razılıq verir, o cümlədən İstifadəçi qarşısında öhdəliyini yerinə yetirmək, mal və xidmətlərini təşviq etmək, Elektron və sms sorğularını aparmaq, marketinq kampaniyalarının nəticələrini təhlil etmək, İstifadəçi dəstəyi fəaliyyətini həyata keçirmək, İstifadəçinin suallarını cavablandırmaq, İstifadəçilər arasında marketinq kompaniyaları keçirmək və s.
6.4 Fərdi məlumatların işlənilməsi dedikdə fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.
6.5 Müəllif İstifadəçiyə, onun razılığı ilə, faydalı məlumatlar, o cümlədən, reklam xarakterli məlumatlar elektron poçt və ya mobil telefon nömrəsinə göndərə bilər. İstifadəçi Müəllifin +994 10 314 99 43 mobil nömrəsi ilə əlaqə saxlayaraq reklam xarakterli məlumatların ona göndərilməsindən imtina edə bilər. On-line tədris sistemində qeydiyyatdan keçmək və onlara istifadə hüququnun verilməsi ilə bağlı olan məlumatlar avtomatik göndərilir və İstifadəçi tərəfindən imtina edilə bilməz.
6.6 Müəllif “cookies” texnologiyasından istifadə edə bilər. “Cookies” konfidensial məlumat daşımırlar. İstifadəçi cookies texnologiyasından istifadə edərək statistik məlumatların toplanmasına, onların təhlilinə razılıq verir.
6.7 Müəllif physon.az saytının ziyarətçisi olan İstifadəçinin ip-ünvanı barədə məlumatı əldə edir. Bu məlumat ziyarətçinin şəxsiyyətinin müəyyən ediməsi üçün istifadə edilmir.
6.8 İstifadəçi tərəfindən Müəllifin saytında ümumi istifadə formasında yerləşdirilən məlumata görə Müəllif məsuliyyət daşımır.

7. QAYTARILMA ŞƏRTLƏRİ VƏ MÜDDƏTLƏRİ
7.1 İstifadəçi ödəniş etdikdən sonra 14 təqvim günü ərzində Müəllifə yazılı şəkildə müraciət edərək ödənişi tam şəkildə geri tələb edə bilər.
7.2 14 təqvim günündən sonra İstifadəçi yalnız tədris sistemi tərəfindən təklif olunan xidmətlərdə ciddi texniki nasazlıqlar və ya digər obyektiv səbəblər olduğu halda geri ödəniş tələb edə bilər.
7.3 14 gündən sonra geri ödəniş yalnız istifadə edilməmiş dərslər üçün tətbiq edilə bilər. Keçirilmiş dərslərə görə ödəniş geri qaytarılmır.
7.4 Müəllif, İstifadəçinin qanuni tələblərinə uyğun olaraq ödənişi geri qaytarmağa borcludur, lakin texniki problemlər İstifadəçinin kompüter və ya internet təchizatı ilə bağlı olduğu halda, ödəniş geri qaytarılmır.
7.5 Qaytarılma prosesi ərzində bank komissiyaları və digər xərclər İstifadəçi tərəfindən ödənilir.

8. MATERİALLARIN MÜDAFİƏSİ VƏ MƏSULİYYƏT
8.1 İstifadəçiyə on-line tədris sistemində təqdim olunan materialları (video-dərslər, konspektlər, məsələlər və s.) üçüncü şəxslərə ötürmək, yayımlamaq, satmaq, dəyişdirmək, yenidən istifadə etmək və ya kommersiya məqsədləri üçün istifadəyə vermək qəti qadağandır.
8.2 İstifadəçi bu müqavilənin şərtlərini pozduğu halda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
8.3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müəllif hüquqlarının pozulmasına görə inzibati cərimə nəzərdə tutulur.
8.4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq müəllif hüquqlarının və əlaqəli hüquqların pozulmasına görə cinayət məsuliyyəti də tətbiq oluna bilər.
8.5 Müəllif, müəllif hüquqlarının qorunması ilə bağlı tədbirlər görmək hüququna malikdir və hər hansı qanunsuz istifadə halında hüquqi tədbirlər həyata keçirə bilər.

9. MÜƏLLİFİN REKVİZİTLƏRİ
9.1 Müəllifin rekvizitləri aşağıdakı kimidir:
Müəllif:
H/Ş: Abuşzadə İlyas Ziyafət oğlu
Ünvan: Bakı şəh., Yasamal ray., Cəlil Məmmədqulizadə 49
VOEN: 1308731501
+994 10 314 99 43


+994 55 314 99 43
1308731501, "PHYSON AZ" ООО, г. Баку, Ясамальский рай., ул. Джалил Маммедгулизаде 49

physon.az@gmail.com
Made on
Tilda